XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2019 - 23:12

Qamsaxurdiyanın oğlunun yaralanması ilə bağlı 5 nəfər saxlanılıb- DİN-dən açıqlama

Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyanın yaralanması isə bağlı beş nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən xüsusi brifinqdə bildirilib.

Saxlanılan şəxslərin dördü qəsdən adam öldürməyə cəhddə, biri isə ağır cinayət barədə məlumat verməməkdə ittiham olunur.

Dörd nəfəri 7 ildən 15 ilədək, cinayət haqqında məlumat verməyən şəxsi isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, T.Qamsaxurdiyaya ötən gün axşam saatlarında yaşadığı evin yaxınlığında hücum olub. Kəsici alətlərlə sinə, bel və baş nahiyələrindən ağır xəsarətlərin yetirildiyi keçmiş prezidentin oğlu əməliyyat olunub, vəziyyəti çox ağır qiymətləndirilir.