XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

21 Dekabr 2019 - 00:17

Türkiyədə PKK-ya qarşı əməliyyat:69 otaqlı terrorçu sığınacağı aşkarlanıb

Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi “Kıran-8 sehi ormanları” adlı antiterror əməliyyatı nəticəsində PKK-ya sarsıdıcı zərbə vurulub.

İki gün əvvəl ölkənin Bitlis vilayətində başlanan əməliyyat nəticəsində dağlıq bölgədə 69 otaqlı 24 giriş və çıxışı olan terror sığınacağı aşkar olunub. 275 metr uzunluqda qayalıq sahəni əhatə edən sığınacaqda PKK-ya məxsus cəbhəxana aşkarlanıb.

Ölkə daxilində və xaricində aparılan digər antiterror əməliyyatları ilə bağlı ən son məlumatlar belədir: Siirt şəhərində 3 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub. Daxili İşlər Nazirliyi isə iki gün əvvəl 2 kosovalı terrorçunu öz vətənlərinə göndərib. Bundan başqa, Türkiyənin Silahlı Qüvvələri İraqın şimalında və dövlət sərhədi boyunca Suriya ərazisində əməliyyatları davam etdirir(azərtac).