XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2019 - 14:02

Sarkisyanın axtarışda olan qardaşı oğlu Ermənistana gətirildi- Adam oğurluğunda şübhəli bilinir

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın axtarışda olan qardaşı oğlu Narek Sarkisyan Çexiyadan Ermənistana gətirilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, N.Sarkisyan silah və narkotik vasitələr saxlama, fırıldaq ittihamları ilə axtarışa verilmişdi.

O, həmçinin “adam oğurluğu”nda şübhəli bilinir.

Xatırladaq ki, N.Sarksiyan bir müddət əvvəl Praqada saxta Qvetamala pasportu ilə saxlanmışdı. Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana ekstradisiyası barədə qərar çıxarmışdı.