XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2019 - 14:25

Casusluqda ittiham edilən rusiyalının ABŞ-a ekstradisiyasına qərar verildi

İtaliya məhkəməsi Rusiyadakı Birləşmiş Mühərrikqayırma Korporasiyasının (ODK) biznesin inkişafı üzrə direktoru Alexander Korşunovun ABŞ-a ekstradisiyasına icazə verib.

Bu müəssisə “Rostex” birliyinin tərkibinə daxildir.

Korşunovun vəkilləri deyiblər iki həftə ərzində bu hökmdən şikayət verəcəklər.

Korşunov Vaşinqtonun orderi ilə sentyabrın əvvəllərində Neapolda saxlanıb.

ABŞ onu Amerikanın “GE Aviation” aviasiya şirkətinin kommersiya sirlərinin oğurlanması məqsədilə sövdələşməyə girmək cəhdinə ittiham edir.

“GE Aviation” aviasiya mühərriklərinin bütün dünyda aparıcı istehsalçısıdır.

Amerika tərəfinin verdiyi məlumata görə rusiyalı, iqtisadi casusluqla 2009-2017-ci illərdə, ODK-də işlədiyi vaxtlarda məşğul olub.

O vaxt Korşunov bu müəssisədə marketinq və satış üzrə direktor vəzifəsini tuturdu.

Həmin vaxt Rusiyada çıxan Vedomosti qəzeti yazırdı ki, ABŞ-dan əldə edilmiş informasiyadan Rusiyanın PD-14 aviasiya mühərrikinin tikintisində istifadə olunmalı idi.

Korşunovun ekstradisiyasını Rusiya da tələb edir. Moskva onu mənimsəmədə və oğurluqda ittiham edir.

Korşunovun özü Rusiyaya ekstradisiya olunmaq istəyirdi. (azadliq.org)