XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

21 Dekabr 2019 - 19:32

“Yaponiya ABŞ-ın Fars körfəzi üzrə koalisiyasına daxil olmayacaq”- Həsən Ruhani

Yaponiya ABŞ tərəfindən yaradılan Fars körfəzində təhlükəsizlik üzrə koalisiyaya daxil olmaq niyyətində deyil.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Yaponiyaya səfərin nəticəsinə dair bildirib.

“Yaponiya İranın Hörmüz boğazında sülh üzrə planını dəstəkləyir. İkincisi, Yaponiya ABŞ-ın regionda təhlükəsizliyin təmin olunması üzrə planlarında iştirak etməyəcəyini açıq şəkildə bildirib”, – deyə İran prezidenti əlavə edib.

Həsən Ruhani qeyd edib ki, Yaponiyanın hər iki məsələ üzrə mövqeyini alqışlayır.