XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

21 Dekabr 2019 - 21:30

Ruandalı məmur ömürlük həbs cəzasına məhkum edilib- Soyqırımında iştirakda təqsirli bilinir

Belçika paytaxtında keçirilən məhkəmə prosesində ruandalı keçmiş məmur barəsində hökm çıxarılıb.

71 yaşlı Fabyen Neretse 1994-cü ildə doqquz adamın qətlinə və daha üç nəfərə sui-qəsdə görə ömürlük həbs cəzasına məhkum edilib.

Sübuta yetirilib ki, müttəhim xutu etnik qrupunun silahlılarını yerli tutsilərə, habelə əcnəbilərə qarşı qızışdırıb.

Belçikada yaşayan politoloq Azər Səmədov Azərtacın müxbiri ilə söhbətində bildirib ki, “bu hökm tarixidir, çünki ilk dəfə Ruandanın hüdudlarından kənarda soyqırımı ittihamı ilə konkret şəxs barəsində çıxarılıb. Belçikada bu hökm ölkənin bütün tarixi ərzində soyqırımı aktına dair ilk qərardır”.