XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2019 - 21:52

Tramp və Abe KXDR ətrafında vəziyyəti müzakirə ediblər

Yaponiyanın baş naziri Sindzo Abe ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya hökumətinin başçısı bildirib.

Qeyd edilir ki, tərəflər Koreya yarımadasında vəziyyəti müzakirə ediblər.

“Biz Şimali Koreya ətrafında cari vəziyyəti təhlil edik və gələcək hərəkətlərimizi müzakirə etdik”, – deyə o bildirib. Abe raket sınaqları da daxil olmaqla, rəsmi Pxenyanın indiki siyasətini və onun tərəfindən bir sıra hərəkətləri tənqid edib.

“Sülh dialoqu vasitəsi ilə nüvəsizləşmə üzərində işləmək lazımdır”, – baş nazir əlavə edib. Abe KXDR-in bəzi hərəkətlərini “fitnəkar” adlandırıb.

Bununla birlikdə o, İranın dövlət başçısı Həsən Ruhaninin Yaponiyaya səfərinin ABŞ prezidenti ilə müzakirə edilib-edilmədiyi barədə heç nə deməyib.