Kubanın Xalq Hakimiyyəti Milli Məclisinin (bir palatalı parlament) deputatları hazırkı turizm naziri Manuel Marrero Kruzun Baş Nazir vəzifəsinə namizədliyini təsdiqləyib.
Bu barədə məclisin “twitter” səhifəsində məlumat verilib.
Qeyd edilib ki, Kruzun namizədliyi Kuba Prezidenti Miquel Diaz-Kaneli tərəfindən irəli sürülüb.
605 deputatdan ibarət parlament bu namizədliyi yekdilliklə dəstəkləyi. İclas dövlət televiziyasında canlı yayımlanıb. /APA