XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

22 Dekabr 2019 - 09:40

“ABŞ və Çin ticarət danışıqlarında nailiyyət qazanıblar” –Tramp

Birləşmiş Ştatlar və Çin ticarət danışıqlarında sıçrayışa nail olub və ölkələr arasında sazişin birinci hissəsi çox qısa zamanda bağlanacaq.

Bu barədə Floridada tələbələr qarşısında çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib.

“Biz Çinə qarşı ən sərt tədbirlər tətbiq etdik və nəticədə ticarət razılaşması üzrə sıçrayışa nail oldular”, – deyə o qeyd edib.

“(Sənəd)…çox qısa zamanda imzalanacaq. Çin artıq milyardlarla dollara ABŞ-ın kənd təsərrüfatı məhsulunu alıb”, – Ağ Ev rəhbəri vurğulayıb.

“Mən dünən Si Szinpinlə (Çin Xalq Respublikasının sədri – red) telefonla danışdım”, – deyə Tramp əlavə edib. /Report