XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 Dekabr 2019 - 14:40

Emmanuel Makron prezident pensiyasından imtina etdi –Səbəb

Fransa prezidenti Emmanuel Makron ona ölkə başçısı vəzifəsinin müddəti bitdikdən sonra dövlət tərəfindən ayrılan pensiyadan imtina edib.

Bu barədə Yelisey Sarayındakı mənbəyə istinadən “Parisien” bildirib.

Qeyd edilir ki, Makron prezident postunda birinci müddətin tamamlanmasından sonra müəyyən edilmiş ödənişlərdən, həmçinin ikinci müddətə yenidən seçilmə vaxtı Fransa liderinə nəzərdə tutulan məbləğdən imtina etmək barədə qərar qəbul edib.

Bundan başqa, Fransanın dövlət başçısı Konstitusiya Şurasında qanunla ona düşən ömürlük postdan da imtina edib.

Makronun qərarı dövlət başçısının “ölkədəki vəziyyətə uyğun olaraq hərəkət etmək” arzusu ilə izah olunur. /Report