XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2019 - 17:25

Qazaxıstanın bir çox bölgələrində yollar bağlanıb- Səbəb

Qazaxıstanda hava şəraitinin pisləşməsi nəticəsində respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın hərəkət müvəqqəti dayandırılıb.

Azərtac xəbər verir ki, qar və şaxta səbəbindən yollar buz bağlayıb. Aktobe vilayətində 11 avtomobilin toqquşması nəticəsində ölənlər və xəsarət alanlar var. Bundan başqa, Samara- Çimkənt magistralında 60-a yaxın avtomobil yollarına davam etmək üçün havanın yaxşılaşmasını gözləyir.

Hava şəraitinin kəskin soyuması ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib. Qazaxıstan Daxili İşlər Nazirliyi uzaq səfərə çıxan sürücülərə hava şəraitini nəzarətdə saxlamağı tövsiyə edir.