XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 Dekabr 2019 - 20:30

Kubada baş nazir təyin edilib –Fidel Kastrodan sonra ilk dəfə

Kuba Parlamenti Manuel Marrero Krusu baş nazir vəzifəsinə təyin edib.

Trend-in məlumatına görə, 56 yaşlı Manuel Marrero Krus baş nazir təyin ediləndən avvəl 16 il Turizm Nazirliyinə rəhbərlik edib. Bu dövrdə, ada dövlətinin ərazisində otellərin fəal inşası aparılıb, turist axını çoxalıb.

1959-1976-cı illərdə Kubanın baş nazir vəzifələrini Fidel Castro yerinə yetirib. 1976-cı ildə yeni konstitusiyanın qəbulu ilə baş nazir vəzifəsi ləğv edilib və F.Kastro Nazirlər Şurasının və Kuba Dövlət Şurasının sədri olub.

2019-cu ilin fevral ayında referendum nəticəsində Kubanın yeni qəbul edilmiş konstitusiyasına görə, prezident və baş nazir vəzifələri yenidən bərpa olunub. /Trend