XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2019 - 09:11

Tramp Nensi Pelosini yenidən tənqid edib – "İmpiçmentin yalan şərtlərini diktə etmək istəyir"

ABŞ prezidenti Donald Tramp, Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosini Senatda impiçment prosedurunun şərtlərini respublikaçılara diktə etməyə çalışmaqda ittiham edərək tənqid edib.

Bu barədə Tramp özünün “Twitter” səhifəsində yazıb.

“Dəli Nensi, bu impiçmentin yalan şərtlərini Senatdakı respublikaçıların əksəriyyətinə diktə etmək istəyir. Eyni zamanda, bütün proseduralardan imtina edir – əksəriyyəti demokratların təşkil etdiyi Palataya vəkillər və şahidlərı çağırmır. Demokratlar bunun bitməsini istəyirlər. Onların araşdırması ölüdür və reytinqləri dəhşətlidir!”.

Bu arada, impiçmentlə bağlı sorğu keçirilib. “ABC” və “The Washington Post” tərəfindən aparılan sorğuya əsasən, respondentlərin 49% -i Konqresin Trampa impiçment etməsini, 46% faizi isə etməməsini bildirib. (report)