XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 10:23

Tramp Boris Consonu Ağ Evə dəvət edib

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş Naziri Boris Consonu Yeni ildə Ağ Evə dəvət edib.

AZƏRTAC xəbər verir ki, “The Sunday Times” qəzetinin verdiyi məlumata görə, dəvətin məqsədi yanvar ayının sonunda Britaniyanın Avropa İttifaqını tərk etdikdən sonra ABŞ ilə yeni bir ticarət sazişi bağlanması ilə əlaqədardır.

Boris Conson dekabrın 12-də keçirilən parlament seçkilərində qalib gəldikdən sonra Donald Tramp Böyük Britaniya və ABŞ-ın Brexitdən sonra yeni kütləvi ticarət sövdələşməsi etməkdə azad olduqlarını söyləyib.

Qeyd edək ki, yanvarın 31-də Böyük Britaniya Avropa İttifaqını tərk edəcək.