Rusiya Belarusla rouminqi ləğv etmək üçün yol xəritəsinin son variantını tam razılaşdırıb və hazırda onun Minsk tərəfindən imzalanmasını gözləyir.
TASS-ın verdiyi məlumata görə, bunu Rusiyanın Rabitə Nazirliyinin mətbuat katibi Yevgeni Novikov deyib.
Onun sözlərinə görə, yol xəritəsinin qanunvericiliklə təsbit edilməsi ilə bağlı təkliflər 2020-ci ilin martında hazırlanmalıdır.
“Belarus rouminq zamanı daxil olan zənglər üçün ödənişi 6 ay ərzində, yəni 2020-ci ilin sentyabrından gec olmayaraq ləğv etməlidir. Bu vaxtadək rouminq zənglərinin düzgün yönləndirilməsi və tarifikasiyasını təmin etmək məqsədilə bütün texniki, təşkilati və digər tədbirlər başa çatdırılmalıdır”, – deyə Y. Novikov bildirib. (apa)