XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 13:44

FIFA “Liverpul”a qələbəni azarkeşlərlə qeyd etməyə icazə verməyib –Səbəb

İngiltərə “Liverpul”unun baş məşqçisi Yurgen Klopp və komandanın futbolçularına klublararası dünya çempionatındakı qələbəni azarkeşləri ilə qeyd etmələrinə imkan verilməyib.

“Daily Mail”in məlumatına görə, meydanda qələbəni qeyd etdikdən sonra oyunçular və baş məşqçi 1500 km məsafəni əhatə edən Mersisayd təmsilçisinin fanatlarının olduğu yerə yaxınlaşmaq qərarına gəliblər.

Klopp və futbolçular azarkeşlərə yaxın olmaq üçün onlara tərəf gedib, lakin FIFA nümayəndələri təhlükəsizliyin lazım olduğunu iddia edərək, onları geri itələyib və yolu bağlayıblar. Klub isə qurumun qərarından qəzəblənərək, bu davranışı absurd və gülünc adlandırıb. Oyunçular qələbə sevincini azarkeşlərsiz etməyə məcbur olublar.

Qeyd edək ki, “Liverpul” əsas vaxtı 0:0 hesabı ilə başa çatan final görüşünün 99-cu dəqiqəsində Roberto Firmonun vurduğu qolla qələbə qazanıb. (Report)