XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 16:18

Camal Qaşıqçının qətlində təqsirli bilinən 5 nəfər barəsində edam hökmü çıxarılıb –Məhkəmə

Səudiyyə ərəbistanlı jurnalist, “The Washington Post”un əməkdaşı Camal Qaşıqçının qətlində təqsirli bilinən 5 nəfər barəsində edam hökmü çıxarılıb.

Bu barədə Səudiyyə Ərəbistanı məhkəməsi qərar qəbul edib.

Prokuror deyib ki, jurnalistin öldürülməsində ittiham olunan daha 3 nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayəti törədən qrupun lideri sayılan, krallıq Divanının müşaviri Səud əl-Kahtani isə cəzalandırılmayıb.

Qeyd edək ki,  tanınmış müxalifətçi ərəb jurnalist, “The Washington Post” qəzetinin müxbiri C.Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. Bundan sonra jurnalist barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.

Türkiyə hüquq-mühafizə orqanlarının apardığı axtarışlara baxmayaraq, jurnalistin meyiti və ya meytinin qalıqları tapılmayıb.

Məsələ beynəlxalq qalmaqala çeviriləndən sonra Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud və krallığın vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud jurnalistin ölkələrinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirildiyini etiraf ediblər.

Xatırladaq ki, C.Qaşıqçının ailə üzvlərinin çoxu ABŞ vətəndaşıdır. Özü də ABŞ vətəndaşlığı almaq üçün bəzi mərhələləri keçibmiş. (report)