XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 19:15

“”Taliban”la maraqlarımız ancaq bir nöqtədə kəsişir” –Rusiya XİN

“Rusiya və “Taliban” hərəkatının maraqları ancaq İŞİD-lə mübarizə məsələsində kəsişir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) ikinci Asiya Departamentinin direktor müavini Dmitri Kabayev deyib.

Onun sözlərinə görə, Rusiya və “Taliban”ın məqsədləri üst-üstə düşmür.

“Rusiya heç vaxt taliblərin, “Taliban” hərəkatının müdafiəçisi kimi çıxış etməyib. Bizim məqsədlərimiz üst-üstə düşmür. “Taliban”ın başqa məqsədləri var. Maraqlarımız ancaq bir nöqtədə, öz qeyri-insani qanunlarını bütün dünyaya yaymaq istəyən İŞİD-ə qarşı mübarizədə kəsişir. “Taliban” hərəkatı öz ərazisində İŞİD-ə qarşı mübarizə aparır”, – deyə rusiyalı diplomat Rusiya-Əfqanıstan Gənclər Forumunun bağlanış mərasimində vurğulayıb. (apa)