XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 19:06

İranda məktəblər bağlandı –Səbəb

İranın bir neçə vilayətində hava çirkliliyi səbəbi ilə məktəblərin fəaliyyəti dayandırılıb.

Trend-in məlumatına görə, hava çirkliliyi səbəbi ilə İranın Tehran vilayətinin Dəmavənd və Firuzkuh rayonları istisna olmaqla bütün məktəbləri 26 dekabra qədər fəaliyyətini dayandırıb.

İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İsfahan, Mərkəzi, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Xuzistan və digər vilayətlərində bir çox məktəblər və bir sıra universitetlər hava çirkliliyinə görə fəaliyyətini dayandırıb.

Ölkənin Səhiyyə Nazirliyi bütün vətəndaşlara, xüsusilə də ürək-damar xəstələrinə, yaşlılara, hamilə qadınlara və uşaqlara uzun müddətə mənzildən çıxmamağı məsləhət görüb.

İranın böyük və sənaye şəhərlərində havanın keyfiyyət indeksi ilə orta hesabla çirkliliyin 150 mikrondan yuxarı olduğu bildirilir.