XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 19:49

Boris Conson:"Rusiya barəsində yanıldım"

“Həqiqətən Rusiya ilə əlaqələrin yenidən qurulub-qurulmaması ilə bağlı məsələdə fikrim dəyişib”.

Bunu Böyük Britaniyanın Baş Naziri Boris Conson “The Spectator” jurnalının sualına cavab verərəkən deyib.

“Siz nə barədə fikrinizi dəyişdirmisiniz” sualına cavab olaraq B. Conson bildirib ki, Rusiya ilə əlaqələrin yenidən qurulub-qurulmaması ilə bağlı məsələdə fikri dəyişib.

“Bir çoxunun düşündüyü kimi, mən də həqiqətən Rusiya ilə yenidən münasibətlərə başlaya biləcəyimizi düşünmüşdüm. Rusiya faşizmə qarşı birgə mübarizə apardığımız böyük bir ölkədir. Çox təəssüf ki, yanıldım”, – deyə Baş Nazir qeyd edib.

Xatırladaq ki, daha əvvəl B. Conson Rusiyanın Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendumun nəticələrinə təsir göstərməyə çalışması barədə təklifi rədd edib. O, bu fikri Bermud üçbucağı nəzəriyyəsi ilə müqayisə edib. (apa)