XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2019 - 11:12

Əfqanıstanda hərbi bazaya silahlı hücum:ölənlər var

Əfqanıstanda hərbi bazaya hücum edilib, ölən və xəsarət alanlar var.

Hadisə Bəlx əyalətində qeydə alınıb.

Belə ki, “Taliban” döyüşçüləri Əfqanıstan ordusunun və ölkənin Milli Təhlükəsizlik İdarəsinin müştərək hərbi bazasına hücum ediblər. Nəticədə 7 hərbçi öldürülüb, 6 nəfər xəsarət alıb.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil. /APA