ABŞ-da gün ərzində ikinci atışma olub.
Bu barədə yerli WUFT telekanalı polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Florida ştatında qeydə alınıb. Leyklend şəhərində yaşayış evində naməlum şəxs 2 nəfəri güllələyib. O, sonra özünə qəsd edib.
Hadisə zamanı evdə yaşları 10-a qədər olan 4 uşaq olub. Onlar hər hansı xəsarət almayıblar.
İnsidentin digər təfərrüatları açıqlanmır.
Daha əvvəl ABŞ-ın Şimali Karolina ştatının Hay-Poynt şəhərində naməlum şəxs ətrafdakılara atəş açıb, azı 6 nəfər yaralanıb. /Report