XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

25 Dekabr 2019 - 15:13

“Belarus neft tədarükü ilə bağlı daha səmərəli imkanlardan istifadədə sərbəstdir”- Peskov

“Belarus neft tədarükü ilə bağlı Rusiyanın təklifindən daha səmərəli imkanlardan istifadədə sərbəstdir”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın neft sektorunda olan vergi manevrlərinə görə alternativ mənbələrin axtarılması fikrinə münasibət bildirərkən deyib.

Peskov vurğulayıb ki, Kreml bu cür açıqlamaları qeyri-səmimi hesab etmir.

“Niyə qeyri-səmimi olsun ki? Belarus Rusiyanın təklifindən daha sərfəli imkanlardan istifadə etməkdə sərbəstdir. Bu mənada biz öz məhsullarını bazardakı qiymətlərdən daha baha satmaqla tanınan bir ölkə olmaq istəmirik”, – deyə Kremlin sözçüsü bildirib.