XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

25 Dekabr 2019 - 23:05

İranda 6 gündə 13 931 nəfər xəstəxanaya müraciət edib –Hava ilə bağlı

İranda havanın çirkli olması səbəbilə 6 gün ərzində 13 931 nəfər xəstəxanaya müraciət edib.

Bunu İran Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Müctəba Xalidi deyib. Onun sözlərinə görə, müraciət edənlər ürək və tənəffüs problemindən əziyyət çəkiblər.

Havanın çirkli olması səbəbilə xəstəxanalara müraciət edənlər əsasən Tehran, İsfahan, Qum, Əlborz , Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin sakinləridirlər.

Beynəlxalq KİV-in məlumatına görə, Tehran planetin ən çirkli şəhərləri siyahısında yer alıb. Bundan öncə dəfələrlə havanın çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblər müvəqqəti bağlanıb. Rəsmi məlumatlara görə, hazırda Tehranda 13 milyon nəfər yaşayır/APA.