XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

26 Dekabr 2019 - 14:45

Putinin sözçüsündən Consona mesaj:"Bunlar həqiqətən yaddaşımda qalır”

“Rusiya Böyük Britaniya ilə dialoqa hər zaman hazırdır, lakin Londondan bu istiqamətdə addım görmürük”.

Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident Vladimir Putin həmişə qarşılıqlı hörmət və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanaraq, hər kəslə yaxşı münasibətlərin qurulması üçün dialoqa hazır olduğunu bəyan edir. Eyni yanaşma Rusiya-Böyük Britaniya münasibətlərinə də aiddir. Cənab Boris Consonun münasibətləri normallaşdırmaq üçün hər hansı bir təşəbbüsünə gəlincə, hazırda bununla bağlı nə isə xatırlaya bilmirəm. Ağlıma ancaq onun ölkəmizin və ölkə rəhbərliyinin ünvanına söylədiyi qeyri-səmimi, bəzən sərt və diplomatik olmayan açıqlamaları gəlir. Bunlar həqiqətən yaddaşımda qalır”, – deyə Kremlin sözçüsü bildirib. 

Xatırladaq ki, bir neçə gün öncə Böyük Britaniyanın Baş Naziri Boris Conson “The Spectator” jurnalına müsahibəsində bildirib ki, o, Rusiya ilə münasibətlərin bərpası ilə bağlı fikrində yanılıb/APA