XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2019 - 09:00

Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var –VİDEO - FOTO

Qazaxıstanda “Bek Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Almatı şəhərinin meriyasından bildiriblər.

Qeyd edilir ki, göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olan təyyarənin qəzaya uğraması nəticəsində 35 nəfər xəsarət alıb. Xəsarət alanlardan 22-sinin vəziyyəti çox ağırdır.

***

Qazaxıstanın “Bek Air” şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Alma-Ata hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilir ki, hadisə zamanı daha 9 nəfər xəsarət alıb. Onlardan 6-ı uşaqlardır.

Nazirliyin məlumatına görə, “Bek Air” aviaşirkətinin №Z2100 reysi ilə uçan təyyarəsi saat 7:22-də (Bakı vaxtı ilə saat 5:22) beton maneəyə çırpılıb, daha sonra ikimərtəbəli tikili ilə toqquşub.

“İlkin informasiyaya görə, 9 nəfər həlak olub, daha 9 nəfər, o cümlədən 6 uşaq xəsarət alıb”, – xəbərdə deyilir.

***

Qazaxıstanın “Bek Air” şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarə Alma-Ata hava limanı yaxınlığında qəzaya uğrayıb.

TASS xəbər verir ki, bu barədə hava limanının “Facebook”dakı səhifəsində bildirilir.

“Bu gün “Bek Air” aviaşirkətinin Alma Ata-Nur Sultan reysi ilə uçan sərnişin təyyarəsi saat 7:05-də (Bakı vaxtı ilə saat 5:05) radarlardan itib. Təyyarədə 95 sərnişin, 5 ekipaj üzvü var. “Bek Air” aviaşirkətinin bortu aerodrom xaricində yerə düşüb. Sağ qalanlar var. Hadisə yerində fövqəladə xidmətlər işləyir”, – xəbərdə bildirilir.

Qazaxıstanın Mülki Aviasiyası Komitəsinin məlumatına görə, hadisə zamanı təyyarədə 7 nəfər həlak olub.