XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 Dekabr 2019 - 09:11

Türkiyədə miqrantları daşıyan yük maşını aşıb – Çox sayda xəsarət alan var

Türkiyənin Çanaqqala şəhərində qeyri-qanuni miqrantları daşıyan yük maşını aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yük maşınının aşması nəticəsində 32 qeyri-qanuni miqrant xəsarət alıb.

Bildirilir ki, yük maşınında 50 qeyri qanuni miqrant olub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, digərləri isə müvafiq orqanlara təhvil veriliblər.

Qeyd edilir ki, yük maşınının sürücüsü polislər tərəfindən saxlanılıb. Qəzanın səbəbi barədə məlumat verilmir.