XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2019 - 12:39

“Şimal axını – 2”yə sanksiyaların məqsədi Aİ-nin enerji təhlükəsizliyinin qayğısına qalmaq deyil” –Lavrov

“Şimal axını – 2” qaz kəmərinə qarşı sanksiyaların məqsədi Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin qayğısına qalmaq deyil”.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində bildirib .

Onun sözlərinə görə, sanksiyaların məqsədi ABŞ-ın slans qazının dəstəklənməsi və haqsız rəqabətdir.

“Məqsəd əlbəttə ki, “Şimal axını – 2” qaz kəmərinin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin qayğısına qalmaq deyil, ABŞ-ın slans qazının Avropa bazarına irəli çəkilməsidir. Bu haqsız rəqabətin və energetika sferasının siyasiləşdirilməsinin bariz nümunəsidir”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Xatırladaq ki, ABŞ Senatı Rusiyanın “Qazprom” şirkətinin “Şimal axını – 2” qaz boru kəmərinin inşasına kömək edən podratçılara qarşı yeni sanksiyaları özündə ehtiva edən 2020-ci il üçün Müdafiə Büdcə Qanununu qəbul edib. (apa)