XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2019 - 12:27

Politoloq Tural İsmayılov:"Türkiyə Liviya ilə bağladığı müqavilədən geri çəkilməyəcək"

Misirdəki ssenarini Liviyada təkrarlamaq istəyənlər qanuni hökümətə qarşı formalaşan alternativ cəhdləri gücləndirib Liviyanı daxili sarsıntılarla zəiflətməyi nəzərdə tuturlar. Ərdoğan isə Liviyanın qanuni hakimiyyətinə dəstək olacağını ilk başdan söyləyib. Dünən Liviyanın Türkiyədən hərbi dəstək istəməsi isə məsələnin kuliminasiya nöqtəsidir”.

Strateq.az xəbər verir ki, bu fikirləri Türkiyə-Liviya münasibətlərinin son durumunu şərhə edən politoloq Tural İsmayılov səsləndirib.

Türkiyənin qlobal gücə çevrilməsi istiqamətindəki addımlarının bəzi dünya dövlətlərini narahat etdiyini deyən politoloq vurğulayıb ki, Türkiyə Ərdoğan iqtidarı dövründə mühüm naliyyətlərə imza atıb: “Ərdoğanın siyasi qətiyyəti və çevik qərarvermə qabiliyyətləri ilə Türkiyə xarici siyasətində mühüm addımlar atan önəmli ölkə rolunu daha da inkişaf etdirdi. Türkiyənin Suriyada iştirakı, terrorçulara qarşı apardığı uğurlu əməliyyatlar, NATO müttəfiqliyi və bunun fonunda S-400 raketlərinə görə geri addım atmaması göstərir ki, Türkiyə dünya gücləri ilə deyil, beynəlxalq siyasi kuluarlar Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir. Türkiyə haqlı olaraq onun dövlətçiliyini təhdid edən terrorizmə qarşı dünyadan ədalətli mövqe gözləyir. İllərdir Türkiyənin Avropa İttifaqına üzvlüyünə mane olan qüvvələr Türkiyənin PKK bəlasına qarşı mübarizəsində onu bir növ tək qoydular. Türkiyə NATO üzvlərindən terrora qarşı ciddi bir dəstək görmədi. AKP iqtidarı dönəmində Türkiyə həm PKK, həm FETÖ, həm də digər radikal terror qruplaşmalarına ağır zərbələr endirdi. Türkiyə son illərdə bir daha sübut etdi ki, onun heç kimin köməyinə ehtiyacı yoxdur və heç bir dövlətin Türkiyəyə diqtə etmək səlahiyyəti ola bilməz.”

Ərdoğanın Tunis səfərində verdiyi açıqlamaların önəminə toxunan Tural İsmayılov bildirib ki, Aralıq dənizində Türkiyəni sıxışdırmaq cəhdləri də fiaskoya düçar olmağa məhkumdur: “Ərdoğan Liviyada atəşkəsin bir an əvvəl təmin edilməsinin vacibliyini dəfələrlə vurğulayıb. O, bu məsələdə həssaslığını Tunisdə də bildirdi. Nəzərə alaq ki, Misirdəki ssenarini Liviyada təkrarlamaq istəyənlər qanuni hökümətə qarşı formalaşan alternativ cəhdləri gücləndirib Liviyanı daxili sarsıntılarla zəiflətməyi nəzərdə tuturlar. Ərdoğan isə Liviyanın qanuni hakimiyyətinə dəstək olacağını ilk başdan söyləyib. Dünən Liviyanın Türkiyədən hərbi dəstək istəməsi isə məsələnin kuliminasiya nöqtəsidir. Ərdoğan Tunisdə “biz heç bir yerdə indiyədək dəvətsiz qonaq olmadıq, dəvət olsa əlbəttə ki, bunu qiymətləndirərik” ifadələrini işlədib. Liviya ilə razılaşma memorandumu imzaladıqlarını vurğulayan Ərdoğan bundan sonrakı prosesi də bu istiqamətdə davam etdirəcəklərini bildirib. Ərdoğan İslam siyasi arealında həm şəxsi nüfuzunu artırır, həm də Türkiyəni lider dövlət halına gətirir. Liviyadakı qiyamçılara qarşı mübarizədə qanuni hakimiyyəti Aralıq dənizində tək qoymaq cəhdlərinə Türkiyə son qoyur.”

Tural İsmayılov vurğulayıb ki, daha əvvəl Rusiya ilə silah müqaviləsinə görə ABŞ-da erməni kartından istifadə edənlər Türkiyənin Aralıq hövzəsində fəallığından narahat olub, yeni siyasi sabotajlara əl ata bilər: “İllər əvvəl hakimiyyətdə olan Liviya lideri Müəmmmər Qəddafi ilə iki ölkənin Aralıq dənizindəki sərhədləri ilə bağlı razılaşma əldə olunub. Ərdoğan həmin dövrdə Liviyada baş verən olayların, Qəddafinin hakimiyyətdən devrilməsinin tərəflərin razılaşmaya imza atmasını təxirə saldığını söyləmişdi. Bölgədəki qarşıdurmalar səbəbindən həmin dövrdə razılaşmanı hüquqi müstəvidə imzalamaq mümkün olmadı. İndi isə Liviyanın qanuni hökuməti ilə Aralıq dənizində iki ölkənin sərhədləri mövzusunda razılıq əldə olunub və müqavilə imzalanıb. Türkiyə Liviya ilə bağladığı müqavilədən geri çəkilməyəcək. Xüsusilə, bəzi ərəb ölkələri Türkiyəyə Aralıq dənizində yer verməmək istiqamətində çalışırdılar. Aralıq dənizində ən böyük sahili olan Türkiyə dənizdə yalnız 1 faiz hissə ilə kifayətlənə bilməz və Türkiyədən bunu tələb etmək yersizdir”.

Ekspert qeyd edib ki, Xəlifə Həftərin qeyri-qanuni birləşməsi Liviyanı anti-Türkiyə koalisiyasına sürükləyə bilər: “Aralıq dənizində Türkiyəyə qarşı bir sıra ölkələr biləşiblər. Yunanıstan, Yunan Kipri, Misir və İsrail Aralıq dənizində enerji reruslarının istismarıyla bağlı əməkdaşlıq edirlər. Ərdoğan bu barədə çıxışlarının birində durumu yeni “Sevr anlaşması” adlandırırdı. Əgər general Həftər Liviyanın tamamını ələ keçirsə, Liviya da Aralıq dənizindəki anti-Türkiyə blokuna qoşulacaq. Buna görə də Ankara general Həftərin Tripolini ələ keçirməsinə mane olmaq istəyir.”

T.İsmayılov bildirib ki, Türkiyə 2020-ci ildə öz mövqelərini Aralıq hövzəsində mütləq möhkəmləndirməlidir.