XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2019 - 12:57

Generalla tanınmış jurnalist həlak oldular –Təyyarə qəzasında + FOTO

Qazaxıstanın Almatı şəhərində təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alan şəxslərin adları açıqlanıb.

“tengrinews.kz” portalının verdiyi xəbərə görə, qəza nəticəsində ölənlər arasında Qazaxıstan Generallar Şurasının sədri, 1940-cı il təvəllüdlü general-mayor Rüstəm Kaydarov da var.

Qurbanlardan digəri isə tanınmış jurnalist Dana Kruqlovadır. 35 yaşlı Kruqlova “Informburo.kz” portalında redaktor kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Almatıdan Nur Sultana uçan təyyarə uçuşdan qısa müddət sonra hündürlük məsafəsini itirib və beton səddin üstündən keçərək ikimərtəbəli binaya çırpılıb. Nəticədə 15 nəfər ölüb, 66 nəfər xəsarət alıb.

Göyərtədə 95 sərnişin və 5 ekipaj üzvü olub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təyyarə qəzası ilə bağlı dekabrın 28-də ölkə üzrə matəm elan edilməsi haqqında qərar verib./Qafqazinfo