“ABŞ prezidenti Donald Tramp Avropanı iqtisadi cəhətdən tabe etməyə cəhd göstərir. Dostlar bir-biri ilə belə davranmır”.
“Reuters” xəbər verir ki, bu fikirləri Almaniya Sosial-Demokrat Partiyasının həmsədri, parlamentin üzvü Norbert Valter-Boryans bildirib.
Onun sözlərinə görə, ABŞ təbii qaz kəməri ilə bağlı qərarın qəbul edilməsində iştirak etməməlidir.
Qeyd edək ki, ABŞ Rusiyadan çəkilən “Şimal axını-2” təbii qaz layihəsinə görə Almaniyaya sanksiya tətbiq edib. (report)