XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

27 Dekabr 2019 - 21:52

Plastik qablardan istifadəyə görə 100 dollar cərimə –İsveçrədə

İsveçrənin Cenevrə şəhərində birdəfəlik plastikin istifadəsinə görə cərimə tətbiq olunacaq.

Trend-in məlumatına görə, yeni qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, şəhər ərazisində birdəfəlik plastik paketlərin, içki çöplərinin, stəkan, boşqab və digər yemək avadanlıqlarının istifadəsi qadağan olunur. Bundan başqa, supermarketlərdə pulsuz plastik kartların verilməsinin qadağan olunması təklif edilir.

Bu qadağanı pozanlar 100 dollara yaxın məbləğdə cərimə olunacaq.