XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2019 - 23:04

Qırğızıstanın keçmiş prezidentinin müşaviri girov götürməkdə ittiham olunub

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin müşaviri Kunduz Joldubayeva girov götürməkdə ittiham olunur.

Trend-in məlumatına görə, bu barədə onun vəkili Zamir Jooşev deyib.

Z.Jooşev deyib ki, ona Koy-Taşdakı hadisələr zamanı girov götürmək və iğtişaş törətməkdə ittihamlar irəli sürülüb.

Onun sözlərinə görə, oxşar ittihamlar daha bir Atambayevin tərəfdaşına – keçmiş deputat Meerbek Miskenbayeva qarşı irəli sürülüb.

Vəkil əlavə edib ki, Pervomaiskiy Rayon Məhkəməsi Joldubayeva və Miskenbayev barəsində qətimkan tədbirini təyin edəcək.