XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2019 - 20:06

Keçmiş nazir ömürlük həbs cəzasına məhkum edilib- Bu ölkədə

Vyetnamın sabiq İnformasiya və Kommunikasiya naziri Nquen Bak Şon (2011-2016) rüşvətxorluq və vəzifəsindən sui-istifadə etmə maddələri üzrə ömürlük həbs cəzasına məhkum edilib.

Bu barədə qərar iki sabiq nazirin və ölkənin ən iri mobil əlaqə operatorlarından birinin sabiq rəhbərinin iştirakı ilə rezonanslı korrupsiya üzrə işə baxan Vyetnam paytaxtının Xalq məhkəməsi tərəfindən verilib.

Nquen Bak Şondan əlavə daha 13 nəfərə, o cümlədən onun İnformasiya və Kommunikasiya naziri postundakı xələfi Çıonq Min Tuana (2016-2018) ittiham hökmü oxunub. Müttəhimlər “Mobifone” mobil operatoru və AVG kabel televiziyası provayderinin iştirakı ilə dövlətə külli miqdarda zərər vuran korrupsiya qalmaqalı ilə bağlı işin fiqurantları olub.

Yerli KİV-lərin məlumatına görə, Vyetnam hüquq-mühafizə orqanları “Mobifone” mobil operatoru ilə bağlı miqyaslı təhqiqata hələ 2018-ci ilin əvvəlindən başlayıb. Bir neçə il öncə mobil operator dövlət kompaniyalarının maliyyə-təsərrüfat fəaliyyəti reqlamentini pozaraq AVG provayderinin aksiyalarının 95 faizini alıb və öz brendi altında ödənişli televiziya xidməti göstərməyə başlayıb. Hüquq-mühafizə orqanları burada korrupsiya tərkibinin olmasından və iki firma arasında sövdələşmədən şübhələnərək yoxlamaya başlayıb. Nəticədə dövlətə 7 trilyon donq (300 milyon dollardan çox) zərər dəydiyi müəyyənləşdirilib.