XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 December 2019 - 21:48

“Trampın impiçmenti ilə bağlı ifadə verməyəcəyəm”- Co Bayden

“Prezident Donald Trampın impiçmenti ilə bağlı ifadə vermək üçün Senatdan çağırış gəlsə də, ifadə verməyəcəyəm”.

“Report” xəbər verir ki, bunu “The Des Moines Register” nəşrinə müsahibəsində ABŞ-ın sabiq vitse-prezidenti, qarşıdakı seçkilərdə Demokratlar Partiyasının prezidentliyə əsas namizədlərindən biri və hazırkı prezidentin əsas rəqibi sayılan Co Bayden deyib.

O bildirib ki, ifadə verəcəyi təqdirdə Donald Tramp ictimaiyyətin diqqətini impiçmentdən yayındıraraq onunla rəqabətə yönəltmək fürsəti əldə edəcək: “Bunu etmək fikrində olmamağımın əsas səbəbi Trampın davranışında, ömürboyu etdiklərindədir. Çünki bu adam həmişə diqqəti özündən yayındırmağa çalışıb”.

C.Bayden həmçinin ona çağırış gəndərməsinin Senat üçün hədsiz riyakarlıq olacağını qeyd edib: “Belə bir şey olacağını güman etmirəm də”.