XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

29 Dekabr 2019 - 14:10

Filippində tayfun fəsadlar törədib:ölənlərin sayı 41 nəfərə çatıb

Filippində “Ursula” tayfununun törətdiyi fəsadlar üzündən ölənlərin sayı 41 nəfərə çatıb.

Milli Təbii Fəlakətlər Təhlükəsinin Qabaqlanması və İdarəedilməsi Şurasından (NDRRMC) verilən məlumata görə, bundan əlavə, 28 nəfər xəsarət alıb, 12 nəfər isə itkin düşüb.

Xatırladaq ki, dekabrın 24-də Filippinə çatan “Ursula” tayfunu ölkənin orta bölgəsindəki bir sıra əyalətdə leysan yağışları və fırtına kimi təbii hadisələrə səbəb olub. İki mindən çox yaşayış evinə və 55 məktəb binasına ziyan dəyib, 150 şəhərdə elektrik təchizatı kəsilib. Ölkənin 44 minədək sakini təxliyyə edilib. /APA