XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

29 Dekabr 2019 - 15:00

Yəməndə hərbi mərasimdə partlayiş olub:ölənlər var

Yəmənin cənubundakı Əd-Daliyə şəhərində keçirilən hərbi məzunların paradı zamanı baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Bu barədə şəhərə nəzarət edən “Təhlükəsizlik Kəməri Qüvvələri” (TKQ – “Əl Hizəm əl Əmni”) hərbi birləşməsi “Twitter”də məlumat yayıb.

Məlumata görə, partlayış həmin şəhərdə yerləşən stadionun tribunası önündə baş verib.

Şahidlər hadisə nəticəsində onlarla ölən və yaralanan olduğunu deyiblər.

Hadisə yerinin yaxınlığında İran dəstəkli Husi qiyamçılarının 3 döyüşçüsünün saxlanıldığı bildirilir.

Partlayışın məsuliyyətini hələlik üzərinə götürən yoxdur.

Qeyd edək ki, son vaxtlar Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən “Təhllükəsizlik Kəməri Qüvvələri” Cənub Keçici Şuranın mühüm ünsürü olaraq İranın dəstəklədiyi Husi qiyamçılarına qarşı vuruşur. /Report