XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 December 2019 - 19:20

İran üçtərəfli hərbi təlimlərə qonşu ölkələri də dəvət edib –İranlı admiraldan açıqlama

İran hökuməti Çin və Rusiya ilə keçirdikləri birgə hərbi dəniz təlimində iştirak etmək üçün qonşu ölkələrə də dəvət göndərib.

Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Xanzadi məlumat verib.

İranlı komandan həmçinin gəmiçiliyin təhlükəsizliyini regionda dəniz potensialına malik ölkələrin müştərək olaraq təmin etmələrinin vacibliyini diqqətə çatdırıb.

Xatırladaq ki, dekabrın 27-dən Oman körfəzi və Hind okeanının qonşu sularında başlayan İran, Rusiya və Çinin başlatdığı müştərək hərbi dəniz təlimlərinın sabahadək davam etməsi gözlənilir. /Report