XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2019 - 09:00

Türkiyə bu il 778 əcnəbi terrorçunu deportasiya edib –Süleyman Soylu

2019-cu ildə Türkiyə 778 əcnəbi döyüşçünü – terrorçunu deportasiya edib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin başçısı Süleyman Soylu bildirib.

“İlin başlanğıcından biz 778 əcnəbi döyüşçünü – terrorçunu öz ölkələrinə göndərdik”, – deyə Süleyman Soylu qeyd edib.

Nazirlik rəhbəri həmçinin bildirib ki, ötən il ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları 15 milyard lirə məbləğində 43 milyon marixuana bitkisini müsadirə edib.

Soylunun sözlərinə görə, Türkiyənin təhlükəsizlik qüvvələri son iki il ərzində YPG/PKK terror təşkilatının 2700 sığınacağını məhv edib və qruplaşmanın silahlıları tərəfindən istifadə olunan 600 radiostansiyanı müsadirə edib.