XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 09:32

İranda etiraz aksiyalarında iştiraka görə 20 nəfər saxlanılıb

İranın təhlükəsizlik qüvvələri ölkədə benzinin qiymətlərinin artmasına qarşı keçirilən etiraz aksiyalarının 20 iştirakçısını saxlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu bardə yerli KİV məlumat yayıb.

Bildirilir ki, Qum şəhərinin polis rəisi Abdurrza Aqaxani qarışıqlıqlara, tətillərə və hakimiyyətin devrilməsi məqsədi ilə itaətsizlik aksiyalarına çağırışlara görə 14 nəfərin tutulması haqqında bildirib.

Bundan başqa, aksiyaların 3 iştirakçısı İsfahanda, Nəcəf Abadda və daha 3 nəfər isə Lurestan əyalətinin Azna rayonu ərazisində saxlanılıb.

Xatırladaq ki, İranda noyabrın 15-də benzinin qiyməti bahalaşıb və onun pərakəndə satışına kvota tətbiq edilib. Benzinin qiymətlərinin artmasına qarşı etiraz aksiyaları Tehranda, Təbrizdə, Məşhəddə, Ahvazda, İsfahanda, Yezddə və Kerecdə başlayıb. Polis etirazların gedişatına müdaxilə edib, ölənlər və yaralananlar var.