ABŞ hərbi təyyarələrinin İraqda İranyönlü “Həşdi-Şabi”nin bazasının vurması nəticəsində 25 nəfər ölüb, 51 nəfər yaralanıb.
“Anadolu” agentliyi xəbər verir ki, bunu “Haşdi Şabi” silahlı birləşməsinin nümayəndəsi Cavad Rubayavi yazılı açılamasında deyib.
Bildirilib ki, bir neçə gün əvvəl İranın dəstəklədiyi “Ketaib” hizbulla qruplaşmasının İraqın Kərkük şəhərində koalisiya qüvvələrinin bazasına 30 raket atması nəticəsində ABŞ-ın bir vətəndaşı ölüb, ABŞ-ın 4, İraqın 2 hərbçisi yaralanıb.
Buna qarşılıq olaraq Pentaqon qruplaşmanın İraq və Suriyadakı 5 mövqeyini vurub.
ABŞ dövlət katibi hadisə ilə bağlı bildirib ki, bu, Amerika hərbçilərinin həyatına İranın təhlükə yaratmasına qarşı atılacaq qəti və sərt addımın göstəricisidir.
Məlumata görə, itkilərin sayı arta bilər.