XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 16:49

Ənənəvi xarici siyasət prioritetimiz MDB məkanıdır –Rusiya XİN

“Rusiyanın ənənəvi xarici siyasət prioriteti MDB məkanıdır”. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2019-cu ilin xarici siyasət yekunları ilə bağlı məlumatında bildirilib.

Qeyd olunub ki, 2019-cu ildə MDB-də dövlət və hökumət başçıları səviyyəsində iqtisadi, hüquq-mühafizə və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənən 32 qərar qəbul olunub: “XİN başçıları tərəfindən Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın aktivləşdirilməsi ilə bağlı fəaliyyət Proqramı imzalanıb, eləcə də Kosmosda silahlanma yarışının qarşısının alınması barədə praktiki addımların atılmasının dəstəklənməsi haqqında birgə Bəyanat qəbul olunub.

İttifaq dövləti çərçivəsində Rusiya və Belarus yaxınlaşması davam etdirilib. 2020-201-ci illər üçün xarici siyasət sahəsində fəaliyyətin razılaşdırılması Proqramı razılaşdırılıb. Xarici İşlər nazirləri səviyyəsində “Rusiya+Mərkəzi Asiya” qeyri-formal dialoq mexanizmi işə düşüb. Türkmənistanla beynəlxalq informasiya təhlükəsizliyinin təmin olunması sahəsində hökumətlərarası saziş imzalanıb. Xəzər İqtisadiyyat Forumu –  hökumət başçılarının yeni görüş formatı yaranıb”. (apa)