Almaniyanın “Germanwings” aviakompaniyası bələdçilərin tətili səbəbindən təxminən 170 reysi ləğv edib.
Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, Ufo həmkarlar ittifaqlarının məlumatına görə, tətillər yanvarın 2-nə qədər davam edəcək.
“Lufthansa” kompaniyasının törəməsi olan “Germanwings” ilə Ufo arasında münaqişə artıq bir neçə ildir ki, davam edir. Həmkarlar ittifaqı bələdçilərin maaşlarının artırılmasını və iş şəraitlərinin yaxşılaşdırılmasını istəyir.
Noyabr ayında keçirilən etiraz aksiyaları səbəbindən 1,5 minə yaxın aviareys ləğv olunmuş, tətillər 200 min sərnişinə təsir etmişdi.