XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 18:43

“Taliban” atəşkəsə razılıq verdiyi barədə məlumatı təkzib edib- Açıqlama

“Taliban” hərəkatının ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə sazişin imzalanması üçün atəşkəsə razılıq verdiyi barədə KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bunu “Taliban” hərəkatının Qətərdəki nümayəndəsi Süheyl Şahin deyib.

Dekabrın 7-də Qətərdə “Taliban” hərəkatı ilə ABŞ nümayəndələri arasında bərpa olunan danışıqlarda dekabrın 13-də Əfqanıstanda baş verən hücumdan sonra fasilə yaranıb. ABŞ danışıqların davam etdirilməsi üçün taliblərdən atəşkəs tələb edib. “Taliban” isə öz növbəsində yalnız xarici qoşunların ölkəni tərk etməsi barədə sazişin imzalanmasından sonra atəşi dayandıracaqlarını bildirib.

Xatırladaq ki, ABŞ “Taliban” hərəkatı ilə sülh danışıqlarına 2018-ci ilin payızında başlayıb. Rəsmi Kabil danışıqlardan kənarda qalıb və yalnız onun nəticələri barədə məlumatlandırılıb. Danışıqların doqquz raundunun nəticələrinə əsasən, Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad sülh barədə sazişdə irəliləyiş əldə edildiyini bildirib. Lakin sonradan ABŞ Prezidenti Donald Tramp əfqanıstanlı həmkarı Əşrəf Qəni ilə “Taliban” liderləri arasında Kemp-Deviddəki iqamətgahında gizlin hazırlanan görüşünün ləğv olunduğunu və taliblərlə danışıqların dayandırıldığını elan edib(azərtac).