XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2019 - 20:06

Barselonada kilsədə partlayış olub –Xəsarət alanlar var

İspaniyanın Barselona əyalətinin Sentelyes yaşayış məntəqəsindəki kilsənin zəng qülləsində baş verən partlayış nəticəsində azı 14 nəfər xəsarət alıb, onların üçünün vəziyyəti ağırdır.

“Elmuldo” xəbər verir ki, hadisə ənənəvi şam festivalı zamanı baş verib.

Yaralıları hadisə yerindən çıxarmaq üçün iki helikopter cəlb edilib.

Partlayışın pirotexniki vasitələrlə törədildiyi, qülləyə isə ziyan dəymədiyi bildirilir. (report)