XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

31 Dekabr 2019 - 09:10

“ABŞ İrandan gələn təhdidlərə “harda olsa” cavab verməyə hazırdır” –Diplomat

Birləşmiş Ştatlar İranın Vaşinqtonun Yaxın Şərqdəki təhlükəsizliyinə təhdid hesab etdiyi hərəkətlərinə “harda olsa” cavab verməyə hazırdır.

Bunu, dekabrın 30-u ABŞ Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşı Vaşınqtonun “Kətaib Hezbollah” şiə qruplaşmasının obyektlərinə endirdiyi avia zərbələrə dair açıqlama verərkən söyləyib.

Diplomatın deyib: “Hadisə göstərir ki, biz nəinki İraqda, bizim, habelə tərəfdaşlarımız və müttəfiqlərimiz üçün bölgədəki bu təhlükəni neytrallaşdırmaqdan ötəri məna daşıyan “harda olsa” cavab verə bilərik.”

Məlumatda, son iki ayda İraqda Amerikanın maraqlarına qarşı İran tərəfindən 11 hücum təşkil olunması iddia edilir. Dövlət departamentinin nümayəndəsi vurğulayıb: “Biz bu cür davranışlara, ABŞ və ya müttəfiqlərimizin vətəndaşlarına və Silahlı Qüvvələrinə edilən hücumlara dözməyəcəyik.” O, ABŞ prezidenti Donald Trampın və dövlət katibi Maykl Pompeonun bu mövqedə olduqlarını xatırladıb. /APA