XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

31 Dekabr 2019 - 12:02

ABŞ ordusunda “TikTok”dan istifadəyə qadağa qoyulub- Bu səbəbdən

ABŞ ordusunda “TikTok” tətbiqindən istifadəyə qadağa qoyulub.

“Report” TASS-a istinadən xəbər verir ki, ABŞ hakimiyyəti bu tətbiq vasitəsilə istifadəçilərinin şəxsi məlumatlarının oğurlandığını düşünür.

“Bu (“TikTok” tətbiqi – red.), təhlükəsizlik üçün təhdid hesab olunur. Biz onun iş telefonlarında istifadəsinə icazə vermirik”, – ABŞ ordusunun nümayəndəsi Robin Oçoa bildirib.

Qərar ABŞ Müdafiə Nazirliyi tərəfindən bu sosial şəbəkənin təhlükələri barədə dekabrın 16-da verdiyi xəbərdarlıqla əlaqədar qəbul edilib.

R.Oçoanın sözlərinə görə, hərbçilər şəxsi mobil cihazlarda tətbiqdən istifadə edə bilərlər.