XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

31 Dekabr 2019 - 14:05

Polis Tbilisidə etirazçıların qurduğu çadırları dağıdıb

Ötən gecə Tbilisidə parlament qarşısında 9 etirazçı polis tərəfindən saxlanılıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, onlar xırda xuliqanlıq və hüquq-mühafizə orqanlarının qanunu tələbinə tabe olmama maddələrini pozduqlarına görə tutulublar.

Qeyd edək ki, müxalifət partiyalarının nümayəndələri seçki sistemində dəyişiklik tələb edərək parlamentin qarşısında bir neçə çadır qurublar. Ölkənin Daxili İşlər Nazirliyinin və Tbilisi şəhər meriyasının rəhbərliyi bir neçə gün əvvəl müxalifət partiyalarının rəhbərlərinə Yeni il qabağı çadırları yığışdırmaq barədə xəbərdarlıq edib, lakin etirazçılar tələbi qəbul etməyib.

Polis əməkdaşları güc tətbiq edərək çadırları yığışdırıb və 9 müxalifətçi müqavimət göstərdiklərinə görə saxlanılıb.

Gürcüstan mediasının verdiyi məlumata görə, bu saatlarda çadırların yerində uşaq attraksionları qurulur.