İraqda nümayişçilər ABŞ səfirliyini ələ keçirib.
Aksiya iştirakçıları diplomatik korpusun binasının divarına od vurublar.
ABŞ-ın Bağdaddakı səfirinin və diplomatlarının binanı tərk etdiyi bildirilir.
Qeyd edək ki, ABŞ hərbçiləri diplomatlara hücuma qarşılıq olaraq İranın dəstəklədiyi “Haşdi Şabi” silahlı qruplaşmasına bağlı “Xətaib Hizbullah” təşkilatının İraqdakı üç mövqeyinə hava zərbəsi endirib. Nəticədə 28 nəfər ölüb, 48 nəfər yaralanıb. ABŞ-ın İraqdakı səfirliyinin qarşısında da etirazlar bu səbəbdən başlayıb. /Report