XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2020 - 10:49

ABŞ Yaxın Şərqə təxminən 750 hərbçi göndərəcək

ABŞ Bağdaddakı səfirliyinə edilən hücum ilə əlaqədar regiona təxminən 750 hərbçi göndərəcək.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu öz “Twitter” səhifəsində ABŞ-ın müdaifə naziri Mark Esper yazıb.

M.Esper bildirib: “Təxminən 750 hərbçi dərhal bölgəyə yerləşdiriləcək. Əlavə qüvvələr də yaxın günlərdə göndərilməyə hazırdır”.

Nazir vurğulayıb ki, ABŞ vətəndaşlarını və maraqlarını harada olursa olsun qoruyacaq.